Həftəsonu Türkiyə superliqasının növbəti turu çərçivəsində səfərdə “Sivasspor”la qarşılaşacaq “Kocaelispor” artıq Sivasdadır. Belindəki zədədən əziyyət çəkən həmyerlimiz Rəşad Sadıqovun bu qarşılaımada forma geyinib-geyinməyəcəyi bu gün dəqiqləşəcək. Qol.Az-ın “Özgür Kocaeli” qəzetinə istinadən verdiyi məlumata görə futbolçumuz artıq Sivasa uçub. Türkiyəli kəmkarlarımız Rəşadın “Sivaspor”a qarşı oynaması üçün əllərindən gələni etdiklərini yazıb: “Kocaeli” Sivasa bir əksiklə getdi. Dünən bir daha müayindədən keçən Rəşad bu sabah Sivasa uçdu. Günorta saatlarında o da kollektivə qoşulacaq. “Hacettepe” və “Gənclərbirliyi” matçlarında göz dolduran Rəşadın “Sivasspor”la oyuna çıxması üçün həkimlər var güclüri ilə çalışırlar. Bu gün axşam məşqində də onun bel ağrıları davam etsə, o zaman meydançaya çıxacağı zor görünür. Son qərar isə matç saatında veriləcək”. Qeyd edək ki, komandanın baş məşqçisi Erhan Altın Serdar Torpaktepe ilə Murat Hacıoğlunun zədə səbəbindən Sivasa aparılacaq heyətə salınmadığını açıqlayıb
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı