Bu mövsüm “Barselona”dan “Milan”a transfer olan isveçli hücumçu Zlatan İbrahimoviç yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, İbrahimoviç “Barselona”nın baş məşqçisi Pep Qvardiolanı “təcrübəsiz” adlandıraraq, onu tənqid edib. 29 yaşlı futbolçu öz keçmiş baş məşqçisi haqqında bunları deyib: “Qvardiolanın 22 nəfər futbolçunu idarə edəcək bir istedadı yoxdur. Əksinə klubda bəzi futbolçular var ki, onlar Qvardioladan daha təcrübəli və istedadlıdır. “Barselona”nın onun rəhbərliyi altında 6 titul qazanması da bir uğur hesab edilə bilməz. Çünki mövsümün əvvəlində Qvardiolanın yerində başqa biri olsaydı belə, o da “Barselona”da uğur qazanardı. Məncə, “Barselona”nın ən böyük üstünlüyü oradakı futbolçuların hər birinin özlərini digərlərindən üstün tutmamasıdır. Məhz bu amil “Barselona”nın uğurlarına öz töhfəsini verir. Lakin bu vəziyyət “Mançester Yunayted”, “Çelsi” və digər klublarda isə fərqlidir. Bu klublarda çıxış edən hər bir futbolçu “ən yaxşı mənəm” deyir”.
Salah "Çelsi"yə qayıdır?
Mönye bu kluba keçdi
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"