Haciyevski: “Hesabı qoruyub saxlamaq üçün təcrübəmiz çatmadı”

Haciyevski: “Hesabı qoruyub saxlamaq üçün təcrübəmiz çatmadı”
XƏBƏR 18 Oktyabr 2010 / 11:58 1792
-  A +

“Ümumilikdə yaxşı oynadıq. Yenə oyunun sonlarında hesabı qoruyub saxlamaq üçün təcrübəmiz çatmadı”. Qol.Az-ın məlumatına görə, bu sözləri "Simurq"un baş məşqçisi Qyoko Haciyevski söyləyib.
Unibank Premyer Liqasının son turunda səfərdə “Qarabağ”ın qapısına 2 qol vurmasına baxmayaraq, sonda yenilgiylə üzləşən Zaqatala klubunun makedoniyalı çalışdırıcısı mətbuat konfransında çətinliklərindən danışıb: "Süni örtükdən təbii qazona keçmək çətindir. Bu gün bunun çətinliyini hiss etdik. Oyunun sonlarında yetirmələrim vaxtı uzatmaq üçün yerə yıxılmırdı. Qeyd etdiyim kimi onlar üçün çətin idi”.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner