“Bəziləri deyirdi ki, “Turan” bu oyunu “Neftçi”yə hədiyyə edəcək”

“Bəziləri deyirdi ki, “Turan” bu oyunu “Neftçi”yə hədiyyə edəcək”
XƏBƏR 18 Oktyabr 2010 / 11:15 2038
-  A +

“Bilirdik ki, gərgin oyun olacaq. Bəziləri deyirdi ki, “Turan” bu oyunu “Neftçi”yə hədiyyə edəcək, amma gördüyünüz kimi, bu, belə olmadı”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov söyləyib.
Unibank Premyer Liqasının son turunda səfərdə “Turan”la qarşılaşan və 2 dəfə hesabda önə keçdiyi oyundan heç-heçəylə ayrılan “ağ-qaralar”ın çalışdırıcısı oyundan sonra daha sonra bunları vurğulayıb: “Neftçi” nə etdisə, öz gücünə etdi. “Turan”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm. Artıq bütün fikrimizi “Gəncə”" ilə oyuna yönəltmişik. Azərbaycan çempionatları tarixində “Turan” və “Neftçi”nin mübarizəsi həmişə gərgin olub”.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner