Ramil Əliyev: “Bu oyunda təcrübə qalib gəldi”

Ramil Əliyev: “Bu oyunda təcrübə qalib gəldi”
XƏBƏR 16 Oktyabr 2010 / 20:53 2652
-  A +

“Bugünkü oyunda turnir cədvəlində qonşu mövqedə qərarlaşmış komandalar qarşılaşdı. İlk dəqiqələrdə hesabı açsaq da, bu üstünlüyü qoruya bilmədik”. Qol.Az-ın məlumatına görə, bu sözləri MOİK klubunun baş məşqçisi Ramil Əliyev söyləyib.
Bu gün Unibank Premyer Liqasının 9-cu turu çərçivəsində səfərdə “Bakı”nın qonağı olan və 1:2 hesablı yenilgiylə üzləşən “hərbçilər”in çalışdırıcısı oyundan sonra keçirilən mətbuat konfransında daha sonra bunları vurğulayıb: “Qoldan sonra bir neçə əlverişli imkandan yararlana bilmədik. "Bakı" bizdən daha təcrübəli komandadır. Fikrimcə bu oyunda təcrübə qalib gəldi. Ancaq MOİK də bu gün ən azı 1 xala layiq idi".

Son xəbərlər