“Çempiona 5 qol vurmaq və gözəl oyun göstərmək nədənsə xəbər verir”

“Çempiona 5 qol vurmaq və gözəl oyun göstərmək nədənsə xəbər verir”
XƏBƏR 16 Oktyabr 2010 / 19:57 2302
-  A +

“Əlbəttə ki, bu hesab hamımız üçün gözlənilməz idi. Lakin yaxşı oyun göstərərsənsə və çox istəkli olarsansa, qol imkanlarını yaradıb onlardan istifadə edərsənsə qələbə qazanarsan”. Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Nazim Süleymanov söyləyib.
Bu gün Unibank Premyer Liqasının 9-cu turu çərçivəsində son ölkə çempionu “İnter”lə qarşılaşan və sensasion şəkildə 5:0 hesablı qələbəyə sevinən “təyyarəçilər”in çalışdırıcısı daha sonra bunları vurğulayıb: “Çempion komanda ilə qarşılaşmada 5 qol vurmaq və gözəl oyun göstərmək nədənsə xəbər verir. Biz bu oyunu klubun prezidenti Vaqif Qasımova həsr edirik. Komandanı qələbə münasibəti ilə təbrik edirəm, oyuna görə təşəkkür edirəm. "İnter" komandasına uğurlar arzu edirəm".


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner