Azərbaycan milli komandasının sabiq futbolçusu və AZAL klubunun baş məşqçisi Nazim Süleymanov yığmamızın Türkiyə üzərində 1:0 hesablı qələbəsini şərh edib. Qol.Az-ın məlumatına görə, veteran futbolçu “Moskovskiy Komsomolets”ə müsahibəsində millimizin gözlənilməz qələbəsinin səbəbini açıqlayıb.
Onun fikrincə, oktyabrın 12-də keçirilmiş 2012-ci il Avropa çempionatının seçmə qrup matçında yığmamız Türkiyədən fərqli olaraq, çox yaxşı oyun sərgiləyib: “Rəqib bizi layiqincə qiymətləndirmədi. Bu səbəbdən, “ay-ulduzlular”ı cəzalandırdıq. Hələ Türkiyənin bəxti gətirdi ki, biz cəmi 1:0 hesabı ilə qalib gəldik. Hesab 3:0 da ola bilərdi. Son zamanlar çoxlu söz-söhbət gəzirdi ki, yığmamızın baş məşqçisi Berti Foqtsu qovacaqlar. Lakin fikrimcə, bu qələbə ona postunda qalmaqda kömək edəcək”.
Süleymanov Türkiyə və Azərbaycan yığmalarının A qrupundakı perspektivinə də toxunub. 45 yaşlı mütəxəssis “ay-ulduzlular”ın hələ xallar qazanacağını, Avstriya və Belçika ilə 2-ci yer uğrunda mübarizə aparacağını bildirib: “Azərbaycan millisi isə qrupda 3-cü yeri də tuta bilməyəcək. Çünki hələ yetişməyiblər. İndi bizə lazım olan reytinq xalları qazanmaqdır ki, növbəti seçmə mərhələlərin püşkatma mərasimləri üçün bölgüdə nisbətən güclü komandaların yer aldığı səbətə düşək. Öz meydançamızda Türkiyəyə qarşı oynadığımız kimi çıxış etsək, hətta Almaniyanın da qanını qaraldarıq”. (Lent.az)
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video