UEFA-dan həmyerlimizə yeni təyinat

UEFA-dan həmyerlimizə yeni təyinat
XƏBƏR 15 Oktyabr 2010 / 15:58 1664
-  A +

AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin Gürcüstanda təşkil olunacaq 3-cü qrupunun oyunlarında Orxan Hüseynzadə UEFA nümayəndəsi vəzifəsini icra edəcək. Bu qrupun oyunları oktyabrın 18-dən 23-dək keçiriləcək.

Daha çox


Son xəbərlər