«Xəzər Lənkəran» «Beşiktaş»ın Kamran Ağayevə təklif göndərməsilə bağlı xəbərlərə münasibət bildirib

«Xəzər Lənkəran» «Beşiktaş»ın Kamran Ağayevə təklif göndərməsilə bağlı xəbərlərə münasibət bildirib
XƏBƏR 15 Oktyabr 2010 / 15:10 3370
-  A +

Bu gün Azərbaycan mətbuatında İstanbulun «Beşiktaş» klubunun «Xəzər Lənkəran»ın qapıçısı Kamran Ağayevə transfer təklifi etməsilə bağlı xəbərlər yayılıb. Məsələylə bağlı Qol.Az-a açıqlama verən «Xəzər Lənkəran»ın vitse-prezidenti Tuyqun Nadirov futbolçularının Avropa komandalarına ikinci-üçüncü deyil, əsas qapıçı kimi getmək istədiklərini söyləyib: «Beşiktaş» məsələsinə gəlincə, bizə nə həmin komandadadan, nə də başqa bir klubdan təklif daxil olub. Kamranın «Xəzər Lənkəran»la bundan sonra hələ 1,5 illik müqaviləsi var. Əgər təklif olarsa, o zaman klubumuzun prezidenti Mais Mənsimov buna qərar verəcək. Biz öz futbolçularımızın Avropanın tanınan klublarında əsas oyunçu kimi çıxış etməsində maraqlıyıq».
 

Son xəbərlər