AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə yığmasının millimizə məğlub olması qardaş ölkənin mətbuatında hələ də müzakirə mövzusudur. Qol.Az-ın məlumatına görə, bu dəfə Türkiyənin ünlü köşə yazarı Hincal Uluç da Azərbaycan – Türkiyə oyunu ilə bağlı yazısı dərc olunub.
Yazını kiçik ixtisarla dərc edirik:
“Mənim artıq Hiddinkə deyiləcək bir sözüm yoxdur. Türkiyə Futbol Federasiyasına da sözlərimi demişəm. Mənim hədəfim yalnız türk mediasıdır. Azərbaycan - Türkiyə oyununun keçirələcəyi gün yaxın dostum Mehmet Dəmirkolun yazısını oxuyarkən tüklərim biz-biz oldu. Mehmet yazırdı ki; “Biz hara, Almaniyanı məğlub etmək hara. Biz gərək Almaniyanı məğlub etmək haqda düşünməyək. Çünki biz həddimizi bilməliyik və bu oyunda bərabərliyə, yaxud da az fərqlə məğlubiyyətə ümid etməliyik. Biz A qrupunun lideri ola bilmərik. Türkiyə millisi yalnız qrupda ikinci yeri tutmaqla “Pley-off” oyunlarına qala bilər”. Mehmetin bu fikirlərindən sonra belə bir sual ortaya çıxır. Bəs, Azərbaycan yığması Türkiyə millisini məğlub etməyi necə düşündü? Hiddink cənabları deyirdi ki, Almaniya millisi dünya sıralamasında 3-cü pillədə qərarlaşıb. Biz isə 21-ci pillədəyik. Biz almanlara necə qalib gələ bilərik? Lakin Azərbaycan komandası 102-ci pillədə olmasına baxmayaraq, bizə qalib gəlməyi bacardı. Bu, heç də təsadüfi olmadı. Oyundan əvvəl Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun maraqlı fikirləri var idi: “ Biz Türkiyə komandasına qalib gələcəyik. Çünki onların oyunlarını yaxşı təhlil etmişik”. Lakin bizim millimiz isə Qazaxıstan yığmasını standard vəziyyətdən vurduğu qollarla, Belçikanı isə təsadüf nəticəsində məğlub etdi. Almaniya oyununda isə heç nə ilə yadda qalmadılar. Azərbaycan millisi isə üç dəfə yüzfaizlik qol imkanını boşa versə də, bizi məğlub etməyi bacardı. Halbuki, azərilər matçın sonuna 20 dəqiqə qalmış bizə bərabərlik qolunu vurmaq üçün kifayət qədər şans yaratdılar. Lakin biz bu fürsətdən də yararlana bilmədik. Maraqlıdır ki, biz də azərilər kimi 7 künc zərbəsi yerinə yetirdik. Lakin azərilər çox düşünülmüş bir qol vuraraq hesabı açdılar. Bizim komandamızın yerinə yetirdikləri künc zərbələri isə kortəbii xarakter daşıyırdı. Oyundan sonra Əmrə Bəlözoğlunun fikirləri də çox cəlbedici idi. O, Türkiyə futbolunda nələrin çatışmadığını çox gözəl söylədi. Məncə, bu fikirlər gələcək üçün bizə hələ çox lazım olacaq. Lakin çox yaxşı olardı ki, Əmrə o aqressiv çıxışını meydanda göstərərdi. Vaxtilə biz yazarlar Hiddinkin Türkiyəyə uyğun bir baş məşqçi olmadığını deyərkən, çoxları bizə qarşı təzyiq göstərirdi. İndi isə baxın görək, bu məşqçinin nəticələri xoşunuza gəlirmi? Əslində isə Azərbaycana məğlubiyyət həm də türk futbol mediasının məğlubiyyəti kimi qəbul edilməlidir. Çünki biz media olaraq baş verənləri düzgün təhlil edə bilmirik. Daha doğrusu, təhlil etmək istəmirik. Lakin qarşıda 5 ay vaxtımız var. Bu vaxta qədər Türkiyə Futbol Federasiyası Hiddink barəsində ətraflı düşünməlidir. Əks təqdirdə türk futbolu getdikcə tənəzzülə uğrayacaq”.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video