UEFA prezidenti Mişel Platini oktyabrın 12-də İtaliya və Serbiya yığmaları arasında keçirilmiş 2012-ci il Avropa çempionatının seçmə qrup matçında baş verən iğtişaşlara münasibət bildirib. Lent.az-ın məlumatına görə, Platini gördüklərindən sarsıldığını bildirib. Qitə futbol qurumunun rəhbəri deyib: “Mənim futbolda zorakılıqla bağlı xeyli xatirələrim var. Nizam-İntizam Komitəsinin araşdırmasının nəticəsini və qərarını gözləyirəm. Bu qərar UEFA-nın tribunalarda zorakılığa dözümsüzlüyünü hamıya xatırladacaq”.
Platininin fikrincə, zorakılıqla mübarizədə ölkə rəhbərlərinin əməkdaşlığı həlledici rola malikdir: “Mən bu baxımdan, problemləri olan ölkələrin rəhbərlərindən məsələnin həllinə kömək göstərmələrini xahiş edəcəyəm”.
Qeyd edək ki, İtaliya - Serbiya matçı qonaq azarkeşlərin tribunalarda millətçi davranışı ilə əlaqədar yarımçıq dayandırılıb. 12-də Genuya şəhərində təşkil olunan oyuna futbolçular vaxtından yarım saat sonra çıxıblar. Buna fanatların Serbiya himnini fitə basması, ekstremist şüarlar səsləndirməsi və meydançanın kənarındakı hasarı qırması səbəb olub. Serbiya yığmasının oyunçuları qəzəblənmiş həmyerlilərini ironiyalı tərzdə alqışlayaraq, onları sakitliyə çağırsalar da, nəticə verməyib. Sonradan polis tribunaları bir müddətə sakitləşdirə bilib. Lakin oyun başladıqdan 7 dəqiqə sonra meydançaya yanar fişənglərin atılması səbəbindən dayandırılıb. Onlardan biri az qala serbiyalı qapıçı Jelko Brkiçin başına düşəcəkmiş. Tezliklə şotlandiyalı baş hakim Kreyq Tompson oyunu dayandırmağı qərara alıb. Həmin vaxt hesab 0:0 olub. Bəzi məlumatlara əsasən, UEFA İntizam Komitəsi Serbiyaya 0:3 hesablı texniki məğlubiyyət verəcək.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video