Türkiyə parlamentində Hinddinklə bağlı müzakirələr aparıldı

Türkiyə parlamentində Hinddinklə bağlı müzakirələr aparıldı
XƏBƏR 14 Oktyabr 2010 / 16:00 2624
-  A +

AÇ-2012-nin seçmə mərhələsinin son iki qarşılaşmasında məğlub olan Türkiyə millisinin baş məşqçisi haqqında müzakirələr davam edir. Qol.Az-ın məlumatına görə, Türkiyə Böyük Millət Məclisi də Hiddinkin yığma komandanın başında qalıb-qalmamasını müzakirəyə çıxarıb. TBMM-in millət vəkillərindən olan Ali Rza Öztürk Hiddinkin TFF-dən aldığı illik nəvacibin məbləği barədə dövlət naziri Faruk Nafiz Özaka sual ünvanlayıb. O, mətbuatda, Hiddinkin TFF ilə bağladığı müqavilədə mövcud olan bir maddəyə əsasən müqavilə şərtləri açıqlanacağı halda təzminat alacağının yazılması ilə bağlı bunları deyib: “Quus Hiddink 2007-ci ildə Hollandiyada yaşayarkən əsas yaşayış məskəni kimi Belçikanı göstərib və vergidən yayınıb. Nəticədə ölkəyə 1.4 milyon avro məbləğində borclanan Hiddink 45 min avro pul ödəyib və onun haqqında 6 ay həbs cəzasına məhkum edilməsi ilə bağlı qərar verilib”. TFF ilə hollandiyalı mütəxəssis arasında gizli bir müqavilənin olub-olmamasını da müzakirə edən Öztürk “Əgər belə bir şey varsa, TFF-ni buna məcbur edən səbəb nədir?” deyə soruşub. Dövlət naziri Özaka hollandiyalı baş məşqçinin aldığı məvaciblə bağlı da suallar ünvanlayan Öztürkün sualları belə olub: “Quus Hiddinkə müqaviləyə əsasən illik məvacibindən başqa mükafat, ev kirayəsi və başqa əlavə ödənişlər edilirmi? Əgər varsa, bu əlavə ödənişlər nəyin qarşılığında edilir? Ümumilikdə ödənən əlavə pulun illik məbləği nə qədərdir? Əgər mətbuatdakı vergidən yayınma ilə bağlı xəbər doğrudursa, niyə belə bir insanla müqavilə imzalanıb? Hollandiyadakı vergidən yayınma faktının ölkəmizdə təkrarlanmayacağı ilə bağlı hansısa araşdırma aparılıbmı? Əgər aparılıbsa, bunun nəticəsi necə olub? Türkiyə Futbol Federasiyası və Türkiyə klubları buna bənzər müqavilələr imzalanmasına icazə verirmi?”

Son xəbərlər