Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ikinci oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 20:00-da başlayan oyunda yığmamızın rəqibi Yunanıstan komandası olub. Lakin təəssüf ki, Bernard Lippertin komandasının bu dəfəki çıxışı uğursuz alınıb.
Halbuki, AÇ-nin ilkin seçmə mərhələsindəki birinci oyununu oktyabrın 11-də qrupumuzun matçlarına ev sahibliyi edən Portuqaliya yığmasına qarşı keçirən, iki qol vurduğu çətin qarşılaşmadan sonda 2:2 hesablı heç-heçə ilə ayrılan komandamızın bu dəfəki oyununda rahat qələbə qazanacağı gözlənilirdi. Çünki ilk turda Yunanıstan qonşu Gürcüstan millisinə minimal hesabla məğlub olmuşdu. Ancaq gözlənilənlərdən fərqli olaraq, komandamız bu görüşün 41-ci dəqiqəsində Buqaidisin vurduğu yeganə qolla meydanı məğlub tərk edib. 3 oyunçusu sarı vərəqə alan yunanlarda Dimitrios Kolovos 74-cü dəqiqədə meydandan qovulub. Lakin rəqibin azlıqda qalmasından da istifadə edə bilməyən 19 yaşlılarımızın heyətində Amit Quluzadə 24, Mirhüseyn Seyidov isə 60-cı dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.
Qrupumuzun digər oyununda isə favorit Portuqaliya millisi Gürcüstan üzərində 3:0 hesablı qələbəyə sevinib. Oktaybrın 16-da baş tutacaq son turun oyunlarında yığmamız qonşu Gürcüstan, Yunanıstan isə meydan sahibləriylə münasibətlərinə aydınlıq gətirəcək.
AÇ-nin seçmə mərhələsi
3-cü qrup
13 oktyabr
20:00. Azərbaycan - Yunanıstan - 0:1
Qol: Buqaidis, 40.
Qırmızı vərəqə: Kolovos, 75.
Baş hakim: Mario Vlk (Slovakiya)
Laqos. “Fernando Kabriya” stadionu.
AZƏRBAYCAN: 1. Andrey Popoviç, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 6. Abdulla Abatsiyev, 8. Yasin Yaqubzadə, 9. Tural İsgəndərov, 10. Amit Quluzadə, 15. Ruslan Tağızadə, 18. Elnur Abdulov (17. Rəhman Hacıyev, 33), 19. Mirhüseyn Seyidov (k), 22. Emin Mehdiyev.
Yığmamızın yer aldığı 3-cü qrupdakı son durum:
1. Portuqaliya 2 1 1 0 5-2 4
2. Gürcüstan 2 1 0 1 1-3 3
3. Yunanıstan 2 1 0 1 1-1 3
4. Azərbaycan 2 0 1 1 2-3 1
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video