Almaniya Bundesliqasında məğlubiyyətləri sıralayan “Ştutqart” klubunun baş məşqçisi Kristian Qros istefaya göndərilib. Qol.Az-ın məlumatına görə, klub rəhbərliyi artıq Qrosla yollarını ayırdığını bildirib. 2010/11 mövsümündə keçirdiyi 7 oyunda cəmi 3 xal toplayan “Ştutqart” Bundesliqanın ən alt sıralarına qədər yuvarlandığına görə, rəhbərlik 2009 ildə klubun başına gətirilən baş məşqçinin işinə son qoymağı qərara alıb.
Yeni bir baş məşqçi ilə anlaşana qədər “Ştutqart”da bu vəzifəni köməkçi məşqçi Yens Keller həyata keçirəcək. “Ştutqart”a gətiriləcək ən layiqli məşqçilərdən biri kimi isə sezonun əvvəlində Türkiyənin “Fənərbaxça” klubundan ayrılan Kristof Daum göstərilir.
Salah "Çelsi"yə qayıdır?
Mönye bu kluba keçdi
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu