AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən millimizlə qarşılaşan və minimal hesablı məğlubiyyətlə üzləşən Türkiyə millisinin keçmiş üzvü, hazırda isə daha çox şəhrçiliyi ilə tanınan Rıdvan Dilmən oyundan sonra ölkəsində işlədiyi “NTV Spor” kanalına maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, bu matçı canlı izləmək üçün Bakıya təşrif buyuran Rıdvan oyun haqqında öz təəssüratlarını bölüşüb. “Aydın məsələdir ki, bu məğlubiyyəti heç kim gözləmirdi. Lakin Əmrənin səhvindən sonra buraxdığımız qol komandamızı ruhdan saldı. Rəqibimizə isə əlavə güc verən bu qol onların özünəinamını da artırdı. Belə olduqda isə onlara qol vurmaq getdikcə müşkülə çevrildi. Mən hələ Türkiyə millisinin Almaniya ilə oyunundan sonra komandamızda ciddi problemlərin olduğunu demişdim. Buna baxmayaraq, həmin vaxt Berlindəki məğlubiyyəti çox müzakirə etdiyimiz üçün hətta bizə qarşı da təzyiqlər başlamışdı. Lakin biz məhz milli komandanın gələcək oyunlarını düşünərək bu müzakirələri aparırdıq. Bakıdakı məğlubiyyət isə müzakirə etdiyimiz məsələlərin heç də əbəs yerə olmadığını sübut etdi. Hiddinkin ikinci hissənin əvvəlində etdiyi əvəzetmələri də düzgün hesab etmək olmaz. Daha fərqli dəyişikliklər edə bilərdi. Lakin görünür ki, Hiddink türk futbolçularını hələ də yaxşı tanımır. Çünki, o vaxtının çox hissəsini Türkiyədə deyil, Hollandiyada keçirir. Məhz ona görə də, komandanın taktikasını da düzgün qura bilmir. Yığmanı hər dəfə bir taktika ilə meydana çıxarır. Türkiyənin istedadlı futbolçularını milliyə dəvət etmək üçün Hiddink öz ölkəsinə daha az səfər etməlidir. Əks təqdirdə, nəticəsi belə acı məğlubiyyət olacaq. Çox təəssüf ki, futbolçularımızın da qalib gəlmək istəyi yox dərəcəsində idi. Lakin bu oyunda qalib gəlməyi daha çox azərilər istəyirdilər ki, buna da nail oldular. Düşünürəm ki, biz artıq AÇ-2012-ni unudub, komandada gəncləşdirmə siyasəti aparmalıyıq. Yığmanın hazırkı vəziyyəti nə qədər acınacaqlı olsa da, biz daha çox gələcəyin milli komandasını düşünməliyik”.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video