Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov və Regional Futbol Federasiyalarının prezidenti İskəndər Cavadov Gəncə şəhərinə işgüzar səfərə yollanıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində baş katib Elxan Məmmədov, RFF-in prezidenti İskəndər Cavadov və Gəncə Futbol Federasiyasının sədri Xanlar Fətiyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşərək bölgədə futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar. Daha sonra keçirilən tədbirdə Gəncə Futbol Federasiyasının sədri Xanlar Fətiyev ictimaiyyətə təqdim olunub. Futbol ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə baş katib Elxan Məmmədov çıxış edərək bildirib ki, prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»nın müddəalarına uyğun olaraq, ölkənin bütün regionlarında futbolun inkişafı üçün AFFA tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. AFFA prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən, Gəncəni təmsil edən klubun fəaliyyətinin bərpası ilə əlaqədar səmərəli danışıqların aparıldığını bildirən E.Məmmədov artıq bu istiqamətdə müsbət nəticələrin əldə edildiyini bildirib.
Tədbir başa çatdıqdan sonra mətbuat konfransı keçirilib.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı