“Neftçi” və “İnter”in oyunçuları doğma meydanda ruslara yenildi

“Neftçi” və “İnter”in oyunçuları doğma meydanda ruslara yenildi
XƏBƏR 13 Oktyabr 2010 / 03:33 1867
-  A +

“Neftçi” və “İnter”in futbolçuları AÇ-2012-nin seçmə mərhələsində məğlubiyyətlə üzləşib. Qol.Az-ın məlumatına görə, Unibank Premyer Liqasında çıxış edən hər üç futbolçunun forma geydiyi Makedoniya yığması evdə Rusiya millisiylə qarşılaşmadan minimal hesablı yenilgiylə ayrılıb. Makedoniya yığmasının baş məşqçisi Mirsad Yonuz “Neftçi”nin üzvü İqor Mitreskiylə və “İnter”in oyunçusu Filip Despotovskiyə start heyətində yer verib. Mitreski 90 dəqiqə mübarizə apardığı halda, Despotovski 78-ci dəqiqədə “Neftçi”nin digər oyunçusu Slavko Georgiyevski tərəfindən əvəzlənib.


Son xəbərlər