“Qarabağ”ın müdafiəçiləri Belarusa məğlubiyyətdən yaxa qurtara bilmədi

“Qarabağ”ın müdafiəçiləri Belarusa məğlubiyyətdən yaxa qurtara bilmədi
XƏBƏR 13 Oktyabr 2010 / 03:15 1887
-  A +

“Qarabağ” və “Xəzər Lənkəran”ın albaniyalı futbolçuları AÇ-2012-nin seçmə mərhələsində məğlubiyyətlə üzləşiblər. Qol.Az-ın məlumatına görə, Unibank Premyer Liqasında top qovan Ansi Aqolli, Admir Teli və Elvin Beqirinin forma geyindiyi Albaniya millisi bu gecə Belarusun qonağı olub. Dörd gün öncə xal itkisinə məruz qalan Belarus millisi bu dəfə qələbəyə sevinib - 2:0. Albaniya yığmasının baş məşqçisi məğlub olduqları qarşılaşmada Aqolliylə Teliyə start heyətində yer verib. “Qarabağ”ın oyunçuları matçı əvəzedilmədən keçirib. “Xəzər Lənkəran”ın üzvü Elvin Beqiri isə bu dəfə də ehtiyada qalıb.


Son xəbərlər