AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün Bakıda Azərbaycan yığmasına məğlub olan Türkiyə millisinin kapitanı Əmrə Belözoğlu oyundan sonra türkləri şoka salacaq qərar verdiyini bildirib. Qol.Az-ın “NTV Spor”a istinadən məlumatına görə “Fənərbaxça”nın da şərəfini qoruyan təcrübəli orta sahə oyunçusu Türkiyə milli komandasını buraxmaq haqqında düşündüyünü söyləyib. Rəşad Sadıqovun vurduğu qol zamanı özünü günahkar hesab edən Əmrə bunları söyləyib: “Qol mənim səhvimdən yarandı. Mənim nəzarətimdə olan adam qol vurdu. Meydanda kollektiv bir komanda görüntüsü vermirik. Əsasən bizlər - təcrübəli futbolçular üzərimizə düşən vəzifəni nə dərəcədə yerinə yetirib-yetirmədiyimizi götür-qoy etməliyik. Artıq yaşımız da irəliləyib. Bəzi şeylər haqda qərar qəbul etmək vaxtıdır. Üzərimizə çox yük düşür. Sanki bütün ölkənin məsuliyyəti üzərimizdə imiş kimi hiss edirik. Bizlər bəlkə də çox böyük məbləğdə pul qazanırıq. Bizim qazandığımızın 1/5-ni qazanan rəqiblərə qarşı bu vəziyyətə düşməməliyik. Hər kəsdən çox üzr istəyirik. Halbuki bəlkə bu üzr istəməyimiz də günahımızı ört-basdır etmir”.
Sözlərinə Türkiyə milli komandasındakı gələcəyi haqqında danışaraq davam edən Belözoğlu bunları söyləyib: “Açığı, bu bəlkə də, Türkiyədə bir ilk olacaq , ancaq növbəti turnirdən sonra milli komandanı tərk edəcəyəm. Yaxın bir neçə dostumla, əsasən də ailəmlə danışıb qərar verəcəyəm. Belə məyus halda danışarkən səhv etmək də istəmirəm, ancaq 2012-dən sonra milli komandanı tərk etmək barədə qərar qəbul etmək istəyirəm”.
Qarşılaşma barədə də fikirlərini bildirən Əmrə türk futbolunda problemlərin olduğunu söyləyib: “Birinci hissədə 3 qol epizodumuz oldu. Belə qarşılaşmalarda əldə etdiyiniz şansdan istifadə etməlisiniz. Türk futbolunda problem olduğunu düşünürəm. Əks təqdirdə klublarımız Avropada yoluna davam edərdi. Bu problemin tək günahkarları futbolçular deyil. Nə qədər yaxşı oyunçu olmağımızı belə qarşılaşmalarda göstərməliyik. Bu işi araşdırmalı olanlar bizlərik, amma böyüklərimiz bu məsələdə daha fəal olmalıdırlar”.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video