Toni Kroos: “Qazaxıstan Azərbaycanla müqayisədə daha güclüdür”

Toni Kroos: “Qazaxıstan Azərbaycanla müqayisədə daha güclüdür”
XƏBƏR 12 Oktyabr 2010 / 17:44 2051
-  A +

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün səfərdə Qazaxıstan millisi ilə qarşılaşacaq Almaniya yığmasının yarımmüdafiəçisi Toni Kroos oyunöncəsi maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, Münhenin “Bavariya” klubunun 20 yaşlı yarımmüdafiəçisi növbəti rəqibləri olan qazaxları millimizdən üstün tutub: “Qazaxıstan millisini hətta Türkiyə yığması ilə də müqayisə etmək olar. Bugünkü rəqibimiz Azərbaycanla müqayisədə daha güclü komandadır. Buna görə də, bizi olduqca gərgin bir oyun gözləyir. Lakin bu oyuna da Türkiyə ilə matça olduğu kimi, ciddi yanaşmalıyıq. Əks halda, bu bizim üçün ağır nəticələnə bilər. Bu ilin sonuncu oyununda da qalib gəlməklə yüzfaizlik nəticəni davam etdirmək istəyirik”.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu