Qalmaqallı oyuna görə çıxarılan qərar son ölkə çempionunu sevindirdi

Qalmaqallı oyuna görə çıxarılan qərar son ölkə çempionunu sevindirdi
XƏBƏR 12 Oktyabr 2010 / 13:41 1678
-  A +

Türkiyə Futbol Federasiyasının rəhbərliyi Bakıda toplantı keçirərək, Superliqa klubları ilə bağlı qərar verib. Qol.Az-ın qardaş ölkə mətbuatına istinadən məlumatına görə, bu gün baş tutan toplantıda "Qaziantepspor" - "Bursaspor" matçı ilə bağlı müzakirələr aparılıb.
Xatırladaq ki, sentyabrın 20-də baş tutan "Qaziantepspor" - "Bursaspor" qarşılaşması 63-cü dəqiqədə azarkeşlərin yan xətt hakiminin başını yarması səbəbindən yarımçıq dayandırılmışdı. Bakıda toplanan TFF İdarə Heyəti oyunla bağlı sənədləri incələyib və "Qaziantepspor"a 0:3 hesablı texniki məğlubiyyət verib.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu