Bu gün AÇ-2012-nin seçmə mərhələsində Bakıda qarşılaşacaq Azərbaycan və Türkiyə yığmaları tarixlərində 6-cı dəfə üz-üzə gələcəklər. Qol.Az-ın məlumatına görə, komandamızın indiyədək qardaş ölkə təmsilçisiylə 5 dəfə meydanda qarşılaşmaq imkanı qazanıb. Bu günədək iki qardaş ölkə yığması 3 dəfə yoldaşlıq, 2 dəfə isə rəsmi oyunlarda münasibətlərinə aydınlıq gətiriblər. Həmin matçlardan 4-də türkiyəlilər qələbə qazandığı halda, bir qarşılaşma da heç-heçə nəticələnib. Yığmamız bu oyunlardan yalnız birində “ay-ulduzlular”ın qapısına yol tapdığı halda, öz qapısından 8 top çıxarıb.
Maraq üçün həmin oyunların siyahısı ilə də sizi tanış edirik:
1. 1996-cı il. İki qardaş ölkə yığması ilk dəfə məhz bu il aprelin 9-da Bakıda yoldaşlıq oyununda üz-üzə gəlib. Rəqibimiz Rahim Zaferin yeganə qolu sayəsində meydandan minimal hesablı qələbəylə ayrılıb.
2. 2000-ci il. Bu dəfə oktyabrın 11-də iki qardaş ölkənin təmsilçisi ilk dəfə rəsmi oyunda münasibətlərinə aydınlıq gətirməli olublar. Bakıda keçirilən DÇ-2002-nin seçmə mərhələsinin ilk oyununda Hakan Şükürün vurduğu qol “ay-ulduzlu” komandaya 3 xal qazandırıb.
3. 2001-ci il. Yenə DÇ-2002-nin seçmə mərhələsi çərçivəsində, lakin bu dəfə Türkiyədə qarşılaşan yığmaların duelindən meydan sahibləri qalib ayrılıb. İyunun 2-də İstanbulda baş tutan oyunda Tayfun Korkut, vaxtilə “Xəzər Lənkəran”ın şərəfini qorumuş Oqtay Dərəlioğlu və Hakan Şükürün qolları Türkiyəyə 3:0 hesablı qələbəni qazandırıb.
4. 2006-cı il. Aprelin 12-də Bakıda keçirilən yoldaşlıq oyununda Türkiyə ilk dəfə millimiz üzərində qələbəyə həsrət qalıb. İlk yarısı qolsuz tamamlanan qarşılaşmanın 65-ci dəqiqəsində millimizin hazırkı kapitanı Rəşad Sadıqovun penaltidən vurduğu qola “ay-ulduzlular” yalnız yalnız son dəqiqələrdə Hasan Kabzenin sayəsində cavab verə biliblər və matç heç-heçə başa çatıb.
5. 2009-cu il. Və nəhayət ötən il iyunun 2-də Türkiyədə keçirilən sınaq matçında millimiz qardaş ölkə təmsilçisindən son məğlubiyyətini alıb. Kayseridə baş tutan yoldaşlıq oyununda meydan sahibləri Xəlil Altıntop və İbrahim Üzülmezin qollarıyla 2:0 hesablı qələbəyə sevinib.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video