AFFA millinin oyunu öncəsi fan-klublarla görüş keçirdi

AFFA millinin oyunu öncəsi fan-klublarla görüş keçirdi
XƏBƏR 12 Oktyabr 2010 / 11:30 1502
-  A +

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Türkiyə oyununda millimizi dəstələyəcək fan-klubların nümayəndələri ilə AFFA-nın fan-klublar üzrə koordinatoru Elnur Məmmədov arasında görüş keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, “İnter”, “Neftçi”, “Qarabağ” klubunun fan-klubları, həmçinin “Fırtına”, “11-ci sector”, “Azeri Fans” və “Xəmsə” fan-klublarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə millimizin oyununda səsləndiriləcək şüarlar müzakirə olunub, təhlükəsizlik tədbirləri ilə bağlı məsələlər xüsusi vurğulanıb.
Qeyd edək ki, fan-klublar Azərbaycan – Türkiyə oyunu üçün AFFA tərəfindən pulsuz biletlə təmin olunub.


Son xəbərlər