Şefer Hiddinkə millimizlə oyunda uğur arzuladı

Şefer Hiddinkə millimizlə oyunda uğur arzuladı
XƏBƏR 12 Oktyabr 2010 / 11:23 1803
-  A +

Türkiyə yığmasının Bakıdakı son məşqini “Bakı” futbol klubunu baş məşqçisi Vinfrid Şefer də izləyib. Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis dünən axşam Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan məşqi canlı izləyənlər arasında olub. Məşqi AFFA-nın baş katibi Elxan Məmmədovla birgə izləyən Şefer hətta yığmamızın rəqibinin çalışdırıcısı Qus Hiddinklə də görüşüb. Holland həmkarı ilə qısa söhbət edən Şefer ona uğur arzulayıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner