“Məğlub olmaqdansa, heç-heçə daha yaxşıdır”

“Məğlub olmaqdansa, heç-heçə daha yaxşıdır”
XƏBƏR 12 Oktyabr 2010 / 00:05 2301
-  A +

“Oyuna yaxşı başlamadıq və nəticədə 2 qol buraxdıq. İmkanlarımız çox oldu. Ancaq çox təəssüf ki, qələbə qazana bilmədik”. Qol.Az-ın məlumatına görə, bu sözləri Portuqaliyanın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Helio Souza söyləyib.
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirilmiş Portuqaliya – Azərbaycan oyunu (2:2) barədə fikirlərini bölüşən mütəxəssis daha sonra bunları ifadə edib: “Zəif rəqib olmur. Azərbaycan yığması yaxşı komandadır. Qapıçının oyununu xüsusi qeyd etməliyəm. Düşünürəm ki, məğlub olmaqdansa, heç-heçə daha yaxşıdır”.


Son xəbərlər