Selcuk: “Məğlubiyyətin faciə olduğunu düşünmürəm”

Selcuk: “Məğlubiyyətin faciə olduğunu düşünmürəm”
XƏBƏR 11 Oktyabr 2010 / 19:20 1606
-  A +

“Məğlubiyyətin faciə olduğunu düşünmürəm. Təbii ki, pis oynayan zaman bundan dərs alırıq. Almaniya matçı da belə oldu”. Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin və “Trabzonspor”un yarımmüdafiəçisi Selcuk İnan söyləyib.
Sabah AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın qonağı olacaq “ay-ulduzlular”ın gənc oyunçusu Bakıdan qələbə ilə dönmək istədiklərini açıqlayıb: “Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Qazanmasaq da faciə olmayacaq. Çünki qarşıda bizi hələ çox oyun gözləyir”.

Daha çox


Son xəbərlər