Əmrə: “Azərbaycan kimi komandalarla oyunda xal itiririk”

Əmrə: “Azərbaycan kimi komandalarla oyunda xal itiririk”
XƏBƏR 11 Oktyabr 2010 / 18:58 1809
-  A +

“Arda bizim üçün çox önəmlidir. Əlbəttə ki, Almaniyada Arda olsaydı, daha yaxşı olardı.  Lakin komandamız tək Ardadan ibarət deyil”. Qol.Az-ın məlumatına görə, bu sözləri bugün təşkil edilən mətbuat konfransında sabah Azərbaycanla qarşılaşacaq Türkiyə millisinin kapitanı Əmrə Bəlözoğlu deyib.
Əmrə sabahkı qarşılaşma barədə isə bunları bildirib: “Biz sabahkı qarşılaşmada hökmən qələbə qazanmalıyıq. Bu tip rəqiblərə qarşı hər zaman xal itirmişik. Ancaq sabah buna yol verməməyə çalışacağıq. Bu formanın haqqını verməliyik. İnanıram ki, sabah öz oyunumuzu sərgiləyib, qələbə qazanacağıq”.

Daha çox


Son xəbərlər