Bakıya 50-dən çox türkiyəli jurnalist gəlib

Bakıya 50-dən çox türkiyəli jurnalist gəlib
XƏBƏR 11 Oktyabr 2010 / 18:20 1552
-  A +

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan - Türkiyə qarşılaşmasını işıqlandırmaq üçün Bakıya çoxlu sayda türkiyəli jurnalist təşrif buyurub. Qol.Az-ın məlumatına görə, sayı 50-dən çox olan qardaş ölkənin mətbuat nümayəndələri artıq paytaxtımızdadır. Milli komandayla birgə “Hayat Park” otelində məskunlaşan idman mediasının nümayəndələri sabahkı oyunda stadionda öz komandalarının çıxışını işıqlandırmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan – Türkiyə matçı sabah saat 20:00-da start götürəcək.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu