“Turan”nın bundan sonra qadın futbol komandası da olacaq

“Turan”nın bundan sonra qadın futbol komandası da olacaq
XƏBƏR 11 Oktyabr 2010 / 18:08 1615
-  A +

“Turan” futbol klubunun rəhbərliyi bundan sonra qadın futboluna da xüsusi diqqət ayıracaq. Qol.Az-ın Tovuz klubunun rəsmi saytına istinadən məlumatına görə, klub rəhbərliyinin göstərişinə uyğun olaraq, “Turan”da qadın futbolunun yaranması rəsmiləşməkdədir. Bununla əlaqədar bu gün “Turan” UFM-in məşqçi-müəllimləri ilə birgə iclas keçirilib.. İclasda çıxış edən klubun vitse-prezidenti Zabit Hüseynov qadın futbolunun yaranmasının vacibliyindən və bununla bağlı klub rəhbərinin göstərişindən danışıb.
Qarşıya qoyulan əsas məqsəd Tovuzda qadın futbolunu yaratmaqla Azərbaycan futboluan töhvə verməkdən ibarətdir. Artıq oktyabrın 12-dən yəni sabahdan əməli işlərə, həmçinin məşqlərə start verilməsi qərara alınıb.


Son xəbərlər