AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda millimizlə qarşılaşacaq Türkiyə yığmasının məsul şəxslərindən olan Levent Kızıl ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, baş məşqçi Quus Hiddinki müdafiə edən Kızıl bunları deyib: “Almaniya ilə oyundan sonra Hiddinkə müxtəlif təzyiqlərin olması çox normaldır. Lakin həddi aşmaq lazım deyil. Qəbul etsələr də, etməsələr də, Hiddink dünyada öz sözünü demiş bir baş məçqçi və möhtəşəm bir markadır. İlk iki oyunda 6 xal qazandıq. Almaniyaya isə məğlub olduq. Lakin bu oyunda komandamız aşağı səviyyədə çıxış etdiyi üçün təzyiqlər hələ də davam edir. Bununla belə, AÇ-2012-ə gedəcəyimizə heç kimin şübhəsi olmasın. Hiddinki tənqid edənlər hörmət çərçivəsindən kənara çıxmasınlar”.
Azərbaycanla qarşılaşmanın da çətin keçəcəyini bildirən Kızıl ot örtüyündən də şikayət edib: “Azərbaycan meydana qələbə üçün çıxacaq. Çətin bir matç olacağını bilirik. Ot örtüyü də bizi çətin vəziyyətə sala bilər. Futbolçularımız da bundan xəbərdardırlar. Ancaq qalib gəlməkdən başqa seçimimiz yoxdur”.
Almaniya ilə qarşılaşmada böyük hesabla (0:3) məğlub olmaqla bütün Türkiyəni məyus etdiklərini bildirən Levent Kızıl Azərbaycan üzərində qazanılacaq qələbinin bu üzüntünü unutduracağı fikrindədir: “Berlində, stadionda 50 min türk azarkeşimiz qarşısında məğlub olduq. Həm onları, həm də bütün ölkəmizi məyus etdik. Ancaq Azərbaycan qarşısında əldə edəcəyimiz qələbə bu məğlubiyyətin acısını nisbətən azaldacaq”.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video