Xəlil Altıntop Bakıya gəlmək istəmirmiş

Xəlil Altıntop Bakıya gəlmək istəmirmiş
XƏBƏR 11 Oktyabr 2010 / 17:20 2207
-  A +

Almaniya Bundesliqasında çıxış edən türkiyəli hücumçu Xəlil Altıntop Bakıya gəlmək istəmirmiş. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Almaniya ilə qarşılaşmada vacib epizodları qola çevirə bilməyən Xəlil kəskin ruh düşkünlüyü yaşadığını və bu formada Bakıdakı qarşılaşmada komandaya xeyir verməyəcəyini etiraf edib. Məsələ ilə bağlı məşqçilər korpusuna müraciət edən Xəlilin istəyi narazılıqla qarşılanıb. Məhz bu səbəbdən Türkiyə millisinin baş məşqçisi Quus Hiddink Bakıya gəlmək istəməyən hücumçu ilə görüşüb. Söhbət zamanı Xəlilə təskinlik verən hollandiyalı mütəxəssis nəticədə onu Bakıya gəlməyə razı salıb.


Son xəbərlər