«Lokomotiv» futbol klubunun uşaq və yeniyetmələrdən ibərət komandasında 14 yaşlı həmyerlimiz Seyran Məmmədov də çıxış edir. Qol.Az-ın məlumatına görə, bu barədə məlumat Rusiyanın idman saytlarında yer alıb. Komandanın baş məşqçisi Fyodr Artyukovun sözlərinə görə, S.Məmmədov heyətdə ən ümidverici, tərəqqipərvər və zəhmətkeş oyunçudur. Məlumatda həmyerlimiz haqqında bir sıra avtobioqrafik qeydlər də yer alıb. Onun 1995-ci ildə Moskvada doğulduğu, hazırda A.S.Puşkin adına 353 saylı orta məktəbin 8-ci sinifində təhsil aldığı bildirilib.
Dərslərində qazandığı müvəffəqiyyətlərə görə ötən üç il ərzində məktəbin «Fəxri fərman»larına layiq görülüb. Əsas diqqəti idmana yönəldən Seyranın bu istiqamətdəki nailiyyətləri isə göz önündədir: 2005-ci ildə Moskva şəhər Basman rayonunun məktəbləri arasında keçirilən «Şən start» idman yarışında I yer, 2005-2006-cı illərdə Ümumdünya Uşaq Gününə həsr olunmuş mini-futbol yarışında fəxri diplom, 2007-ci ildə Moskva şəhər mərkəz dairəsində uşaq futbol komandaları arasında baş tutan futbol yarışında ikincilik, 2008-ci ildə eyni yarışın gənclər arasındakı bölümündə fərqlənmə - II yer. Bundan başqa, həmyerlimiz idmanın yüngül atletika növü üzrə II «Qızıl payız» yarışında da çempionluq sevinci dadıb.
S.Məmmədova məktəbdə yaxşı oxumaqla futbol oynamaq hər hansı çətinlik törətmir. Əksinə, gəncin fikrincə, bu cəhət ürəyə fərəh, başa ağıl, bədənə güc gətirir. Gələcəkdə hansı peşənin sahibi olmağa gəldikdə həmyerlimiz hər şeydən öncə Vətənini sevən kamil insan kimi formalaşmağı üstün tutur: «Düzünü desəm, həmişə bu günümlə yaşamışam. Gələcəyin sağ əlindən tutub irəliyə gedirəm. Allah bilən məsləhətdir».
ƏLİ
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı