“Xəzər Lənkəran” tarixi uğurlarını təkrarlayır

“Xəzər Lənkəran” tarixi uğurlarını təkrarlayır
XƏBƏR 11 Oktyabr 2010 / 12:58 1886
-  A +

Unibank Premyer Liqasının yeganə məğlubiyyətsiz komandası olan "Xəzər Lənkəran" arxada qalan 8 turda aktivinə 18 xal yaza bilib. Qol.Az-ın Lənkəran klubunun rəsmi saytına istinadən məlumatına görə, Mirça Rednikin yetirmələri bununla da əvvəlki 6 mövsümlə müqayisədə 3-cü göstəriciyə imza atıb. Belə ki, "ağ-yaşıllar" ardıcıl 2 dəfə - 2007/08 və 2008/09 mövsümlərində daha yüksək nəticəyə imza atıb. Lakin həmin möhtəşəm startlar çempionluq üçün yetərli olmayıb.
Bu il "Xəzər Lənkəran" ilk 8 turu məğlubiyyətsiz başa vurub. Bu, lap 2007/08 mövsümündəki startı xatırladı. Yəni, onda da komanda startdakı 8 matçda heç kimə qələbə sevinci yaşamağa imkan verməmişdi. Hazırkı məhsuldarlıq 7 mövsüm sırasında yalnız 5-ci göstərici olsa da, müdafiədəki etibarlılığa tarixboyu həsəd aparmaq olar. Komanda əvvəlki 7 mövsümün ilk 8 turunda ən azı 3 top buraxıb. İndi isə bu nəticə 3 qat yaxşılaşdırılıb. Yəni, ikinci dəfə məğlubiyyətsiz qət etdilən 8 turluq bölüm supermüdafiə ilə əlamətdardı.
Qeyd edək ki, "Xəzər Lənkəran" heç də həmişə 8-ci oyununu elə 8-ci turda keçirməyib. Bəzən təxirə salmalar üzündən 8-ci matç sonrakı turlarda baş tutub.

“Xəzər Lənkəran”ın Azərbaycan çempionatlarındakı ilk 8 oyunu:

mövsüm    O     Q     H     M     TOP      X

2004/05     8      4      3      1     7-4      15

2005/06     8      2      1      5     6-8        7

2006/07     8      5      2      1   10-4      17

2007/08     8      7      1      0   18-4      22

2008/09     8      7      0      1   18-3      21

2009/10     8      4      2      2   10-5      14

2010/11     8      5      3      0      9-1     18


 


Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner