Georgi Haci “Qalatasaray”dan təklif gözləyir

Georgi Haci “Qalatasaray”dan təklif gözləyir
XƏBƏR 11 Oktyabr 2010 / 12:51 2179
-  A +

Vaxtilə Türkiyənin “Qalatasaray” komandasında forma geymiş və “sarı-qırmızılılar”ın canlı əfsanəsi adını qazanmış Georgi Haci Türkiyənin “Lig TV” kanalına müsahibə verib. Qol.Az-ın məlumatına görə, söhbət zamanı Haci “Qalatasaray”dan təklif alacağı halda komandanın baş məşqçisi olmağı qəbul edəcəyini bildirib: “Hər dəfə Türkiyəyə gələndə xoş anlar yaşayıram. Burada özümü çox yaxşı hiss edirəm. “Qalatasaray”ı təmsil etmək mənim üçün hər zaman şərəfdir. Əgər komandadan təklif gəlsə, sevə-sevə qəbul edərəm”.
Futbolçu kimi “Qalatasaray”da böyük uğurlar qazanmış Haci, 2004-2005 mövsümündə isə “aslanlar”ın baş məşqçisi olmuş və əzəli rəqib “Fənərbaxça”ya qalib gələrək (5-1) Türkiyə kubokuna yiyələnmişdi.


Son xəbərlər