Antalya təlim-məşq toplantısının son, sayca 7-ci yoxlama oyununda Makedoniya çempionatının lideri "Makedoniya Giorçe Petrov" klubuna 1:0 hesabı ilə qalib gələn "Bakı"nın baş məşqçisi Coko Hacıyevski nəticədən məmnun olsa da, futbolçularının qol imkanlarından yararlana bilməməsindən qayğılandığını gizlətməyib. Qol.Az-ın «Bakı»nın rəsmi saytına istinadən verdiyi məlumata görə, C.Hacıyevski deyib: "Başa düşə bilmirəm ki, belə əlverişli imkanları necə sağa-sola xərcləmək olar? Bu gün yaranan imkanların 50 faizindən yararlana bilsə idik, böyükhesablı qalibiyyət əldə edərdik".
Futbolçularının ölkə çempionatının ikinci dövrəsi və kubok yarışlarında daha dəqiq olacaqlarına ümid etdiyini bildirən məşqçi oyunçularını məsuliyyətli olmağa cağırıb:
"İlk yarıda 3-4 qol vura bilərdik. İkinci hissədə də iki yüzfaizli qol imkanını əldən verdik. Qalibiyyətdən razı qalsam da, belə israfçılığın yolverilməz olduğunu oyunçularımın diqqətinə çatdırdım".
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı