“Bakı” bu gün "Muğan"la yoldaşlıq görüşü keçirəcək

XƏBƏR 10 Oktyabr 2010 / 13:33 1774
-  A +

Azərbaycan milli komandasının 2012-ci il Avropa çempionatının seçmə oyunları səbəbi ilə Unibank Premyer Liqasında yaranan fasilədən səmərəli istifadə etmək niyyətində olan “Bakı” bu günlər ərzində yoldaşlıq görüşləri keçirməyi planlaşdırır. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, həmin oyunlardan birincisi bu gün Bakı şəhərində baş tutacaq. Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında oynanılacaq qarşılaşmada “zolaqlılar”ın rəqibi "Muğan" klubu olacaq. Hakimin start fiti saat 16:00-da səslənəcək.


Son xəbərlər