Heyətini türkiyəli ulduzlarla gücləndirən “Xəzər-Lənkəran” transfer çalışmalarının başa vurmaq üzrədir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən komandaya daha bir futbolçu qoşulub. Klubun Bakı ofisində Əlcəzair əsilli İsveç vətəndaşı Nadir Bençena “Xəzər Lənkəran”la mövsümün sonunadək müqavilə imzalayıb.
Xatırladaq ki, üç gün öncə 25 yaşı tamam olan hündürboylu (1.85sm) dayaq yarımmüdafiəçisi karyerasına Fransa “Renn”ində başlayıb, daha sonra isə İsveçin “Hammarbü”, “Orqrüte”, “Assiriska”, “Qründal” və Almaniyanın “Babelsberq” komandalarının şərəfini qoruyub. Nadir son mövsümü Belçika çempionatının II divizionunda yarışan “Namur”un heyətində keçirib.
Komandaınn baş məşqçisi İqor Ponomaryovun fikrincə, Nadirin karyerasının əvvəlki dönəmi parlaq olmasa da, onun “Xəzər-Lənkəran”ın heyətində parlaması üçün hər cür potensialı var.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı