Zakkeroni Yaponiyadakı debüt matçında Argentinanı məğlub etdi

Zakkeroni Yaponiyadakı debüt matçında Argentinanı məğlub etdi
XƏBƏR 8 Oktyabr 2010 / 18:38 1929
-  A +

AÇ-2012-nin seçmə mərhələsinin növbəti turu keçirilməsi səbəbi ilə çempionatlarda fasilə yaranmasından istifadə edən qeyri Avropa ölkələri yoldaşlıq oyununda qüvvələrini sınayırlar. Bu gün yoxlanış məqsədli qarşılaşmada Yaponiya millisi Messili Argentina ilə üz-üzə gəlib. Qol.Az-ın məlumatına görə, yaponlar argentinalılara minimal hesabla qalib gəliblər - 1:0. Asiya təmsilçisinə qələbə qazandıran yeganə qolu 19-cu dəqiqədə Okozaki vurub. Bununla yanaşı, yaponların yeni ulduzu Honda da baxımlı oyunu ilə diqqəti cəlb edib. Digər bir tərəfədən, Yaponiyanın baş məşqçisi postunda ilk oyununa çıxmış İtalyan mütəxəssis Alberto Zakkeroni isə bu qələbə ilə işinə uğurlu start vermiş oldu.


Son xəbərlər