"İnter" Mərakeş yığmasının oyunçusuna elçi düşüb

"İnter" Mərakeş yığmasının oyunçusuna elçi düşüb
XƏBƏR 8 Oktyabr 2010 / 17:28 1973
-  A +

Son ölkə çempionu olan Bakının “İnter” klubu Mərakeş millisinin müdafəçisi Şakib Benzukanı transfer etmək niyyətinə düşüb. Qol.Az-ın məlumatına görə, “İnter”in prezidenti Georgi Nikolov  hazırda Bolqarıstanın “Levski” klubunda forma geyən 24 yaşlı futbolçu üçün 500 min avro verməyə razı olduğunu bildirib. 2007-ci ildən Sofiya klubunun şərəfini qoruyan Şakib 30 oyunda meydana çıxsa da, fərqlənməyi bacarmayıb. Mərakeş milli komandasına da dəvət alan gənc müdafiəçi yığmanın heyətində cəmi 3 oyun keçirib. Lakin Avroliqada oynamağı hədəfləyən Benzukanın “İnter”ə keçidi heç də inandırıcı görünmür.


Son xəbərlər