“Araz” üçün Portuqaliya, Rusiya, Qazaxıstan və Serbiya

“Araz” üçün Portuqaliya, Rusiya, Qazaxıstan və Serbiya
XƏBƏR 8 Oktyabr 2010 / 14:47 2176
-  A +

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində keçiriləcək oyunlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib. Qol.Az-ın məlumatına görə, bunlar Portuqaliya, Rusiya, Qazaxıstan və Serbiyadır.
Qeyd edək ki, elit-raundun püşkatma mərasimi oktyabrın 12-də, İsveçrənin Nyon şəhərində keçiriləcək. Futzal üzrə UEFA kubokunun əsas mərhələsində bütün oyunları qələbə ilə başa vuran təmsilçimiz “Araz” elit-raundda çıxış etmək hüququ qazanıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner