“Xəzər Lənkəran” klubunun ev oyunlarını keçirdiyi Lənkəran şəhər stadionu qazonun bərbad hala düşməsi ilə əlaqədar bir neçə dəfə təmirə bağlansa da, bunun heç bir effekti olmayıb. Qol.Az-ın məlumatına görə, son bir ayda şəhərə iki dəfə güclü yağışın yağması nəticəsində sel suları stadionu daha da acınacaqlı vəziyyətə salıb. Klub rəhbərliyi də, problemin birdəfəlik həlli yollarını axtarır. Ölkəmizə gələn legioner futbolçular və məşqçilərin ağızdolusu tərif yağdırdığı arenanın qazonunun problemləri ilə bundan sonra Lənkərana çağrılan rumın mütəxəsislər məşğul olacaq. Bu barədə komandanın rəisi Səməd Mustafayev ətraflı məlumat verib: “Bildiyimiz kimi, “Xəzər Lənkəran”ın bazası ölkəmizdə ən yaxşılardandır. Bunu Lənkərana gələn bütün qonaq komandaların rəsmiləri də etiraf edir. Çox təəssüf ki, qazonun son vaxtlar tez-tez korlanması komandanın adına və görülən işlərə xələl gətirir. Klubumuza aid nə varsa, hər şey gözəl olmalıdır. Stadionun direktoru da öz iş-gücünü atıb qazonun problemləri ilə məşğuldur. Lakin əslində isə bunu xüsusi personal həyata keçirməlidir. Türkiyədən göndərilən mütəxəsis işinin öhdəsindən lazımınca gələ bilmədi. Elə ona görə də işdən azad olundu. Hazırda isə qazonun daha yaxşı vəziyyətə gətirilməsi üçün Rumuniyadan mütəxəsislər dəvət olunub”.
Sonda Səməd bəy iki mütəxəsisin Lənkərandakı qazondan nümunə götürüb araşdırma aparacağını və yalnız bundan sonra rəy verəcəklərini dedi. Məhz onların rəyindən sonra qazonun bütünlüklə dəyişdirilməsi və ya indikinin bərpası haqda qərar veriləcək. (Futbol+)
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu