“Sevilya”nın sabiq çalışdırıcısı Yunanıstan AEK-ində

“Sevilya”nın sabiq çalışdırıcısı Yunanıstan AEK-ində
XƏBƏR 8 Oktyabr 2010 / 12:43 1627
-  A +

Yunanıstan Superliqasında mübarizə aparan AEK özünə yeni baş məşqçi tapıb. Qol.Az-ın məlumatına görə, yunanların aparıcı komandalarından biri olan AEK ötən mövsüm “Sevilya”nı çalışdırmış Manolo Ximeneslə razılaşıb. Karyerası ərzində 2 il yarım “Sevilya”nın baş məşqçisi postunda olmuş Ximenesin ötən mövsümün mart ayında komandanı ÇL–ə çıxara bilmədiyindən işinə son verilmişdi. İspaniya klubundan ayrıldıqdan sonra bir müddət işsiz qalan Ximenes artıq AEK ilə 2 illik rəsmi müqavilə imzalayıb.


Son xəbərlər