Rəşad Sadiqov bu gün özünə ad günü hədiyyəsi edə bilər

XƏBƏR 8 Oktyabr 2010 / 12:07 1836
-  A +

Bu gün AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriyanın qonağı olacaq millimizin bu mövsüm keçirəcəyi ikinci oyun Rəşad Sadiqov üçün xüsusi əhəmiyyət kəsb edəcək. Qol.Az-ın məlumatına görə, bunun səbəbi “Qarabağ”ın təcrübəli orta sahə oyunçusunun ad gününün məhz bu günə təsadüf etməsidir. Çünki Rəşad 27-ci ad gününü məhz Vyanada qeyd edəcək. Lakin onun bu dəfəki ad gününü nə dərəcədə ürəyi istədiyi kimi qeyd edəcəyi dəqiq bilinmir. Təbii ki, Vyananın “Ernst Happel” stadionunda keçiriləcək qarşılaşmanın iştirakçılarından biri olacaq Sadiqov həm qol vurmaqla, həm qələbə qazanmaqla, həm də ən azı səfər matçından xalla dönməklə, özünə gözəl hədiyyə edə bilər. Elə komanda yoldaşları da Rəşadın ad gününə gözəl hədiyyə etmək imkanına malikdir. Maraqlıdır, görəsən Rəşada bu xoşbəxtliyi yaşamaq qismət olacaqmı?


Son xəbərlər