Braziliya öz adını İranın da futbol tarixinə yazdı

Braziliya öz adını İranın da futbol tarixinə yazdı
XƏBƏR 8 Oktyabr 2010 / 11:36 1806
-  A +

Dünən bəzi milli komandalar yoldaşlıq oyunlarında qüvvəsini sınayıb. Qol.Az-ın məlumatına görə, güclü Braziliya yığması neytral meydanda ilk dəfə İran millisini sınağa çəkib. Gözlənildiyi kimi, bu qarşılaşma beşqat dünya çempionlarının aşkar üstünlüyü şəraitində keçib. Rəqib qapısından 3 cavabsız top keçirən cənubi amerikalılar asan qələbəyə sevinib.
Daha bir qarşılaşma iki Cənubi Amerika təmsilçisi - Boliviya və Venesuela arasında baş tutub. Bu oyunda da boliviyalılar 3 qol buraxdıqları qarşılaşmadan məğlubiyyətlə ayrılmaq məcburiyyətində qalıb. Lakin İrandan fərqli olaraq, Boliviyanın rəqibi buraxılan qollardan birinin əvəzini çıxa bilib.

Yoldaşlıq oyunları

Braziliya – İran – 3:0
Qollar: Daniel Alveş, 14. Pato, 69. Nilmar, 90.

Boliviya – Venesuela - 1:3
Qollar: Martins, 59 – Çourio, 10; 37. Vizkarrondo.


Son xəbərlər