AFFA prezidenti millinin oyununu rəqib həmkarı ilə izləyəcək

AFFA prezidenti millinin oyununu rəqib həmkarı ilə izləyəcək
XƏBƏR 8 Oktyabr 2010 / 11:22 1596
-  A +

Avstriya – Azərbaycan oyununu hər iki ölkənin futbol qurumlarının rəhbərləri də izləyəcək. Qol.Az-ın məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayev Avstriya Futbol Federasiyasından olan həmkarı Leo Vindtnerlə birgə “Ernst Happel”də olacaq. Onlar Bakı vaxtı ilə 23:30-da başlayacaq oyundan əvvəl ziyafətdə görüşəcəklər. Həmin mərasimdə ölkəmizin Avstriyadakı səfiri Fuad İsmayılovun iştirakı da nəzərdə tutulub. Elə səfir də prezidentlərlə birgə oyunu canlı izləyənlər arasında olacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner