"Bakı" futbol klubunun braziliyalı hücumçusu Jaba AFFA tərəfindən sərt cəzayla üzləşməsinə etiraz edir. Qol.Az-ın məlumatına görə, təcrübəli hücumçu Unibank Premyer Liqasının 8-ci turunun "Xəzər lənkəran" - "Bakı" qarşılaşmasının 73-cü dəqiqəsində baş verən hadisəyə səbəb kimi rəqib futbolçunun kobudluğunu qabardır: "Həmin oyun anında top məndə idi. Meydan sahiblərinin 8 nömrəli oyunçusu ( Konstantin Arbanas) mənə qarşı kobud oynadı, əlləri ilə tutaraq yerə yıxdı və ayağa qalxmağıma mane oldu. Top mənim əlimdə idi və mən oyunu davam etdirmək istəyərkən, o yenə qarşımı kəsdi, mənə mane olmağa başladı. Bütün bunlar oyunun hakiminin (Fariz Yusifov) gözünün qabağında baş verir. Rəqib bir oyun vəziyyətində 3 qayda pozuntusuna yer verdi: kobudluq etdi, oyunun davam etdirilməsinə mane oldu və simulyasiyaya əl atdı. Hakimin mənə qırmızı vərəqə göstərməsi üçün heç bir səbəb yox idi. Hakim rəqibi cəzalandırdırmalı olduğu halda, əksinə, kobudluq və ardından hakimin aldadılmasına yönələn simulyasiyaya yol verən futbolçunun fitvası ilə mənim cəzalandırılmağıma nail oldu. Bunu hamı gördü. Qayda pozuntusuna məruz qalan da mən, rəqibə toxunmadığım halda hakim tərəfindən oyundan kənarlaşdırılan da mən? Bu necə ola bilər, axı, o bir neçə addımlıqda idi? Onu Allaha tapşırıram, bu qərar onun vicdanının öhdəsində qalır. Bu azmış kimi AFFA Nizam-İntizam komitəsi mənə 4 oyunluq cəza kəsir. Mən hələ futbol karyeram ərzində belə haqsızlıq görməmişdim. Mən peşəkar futbolçu kimi hansı hərəkətin hansı cəzaya layiq olduğunu yaxşı bilirəm, AFFA-nın bu ədalətsizliyi aradan qadırara qırmızı vərəqəmin ləğv olunaraq silinməsini gözlədiyimiz bir anda heç bir məntiqə əsaslanmayan belə bir biabirçı qərar verilir. Nə üçün klubumuza və şəxsən mənə qarşı qərəzli qərar qəbul olunduğunun səbəbini başa düşə bilmirəm. Belə qərarlar Azərbaycan futbolunun imicinə zərbə endirir. Bu adamların məqsədi nədir?
Mən Azərbaycan futbolunun rəhbərliyinə müraciət edirəm edirəm. Haqqımda qərəzli cəza verilməsi ilə bağlı etirazımı bildirirəm. Haqq-ədalətin bərpasını və hadisəyə uyğun adekvat qərar verilməsini tələb edirəm. Futbol klubuna, futbolçuya, azarkeşə qarşı belə haqsızlıq etmək olmaz. Tanrı bu ədalətsizliyi qəbul etməz".
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu