Elnur Allahverdiyev: “Foqts harada desə, orda da oynayacağam”

Elnur Allahverdiyev: “Foqts harada desə, orda da oynayacağam”
XƏBƏR 7 Oktyabr 2010 / 16:53 2224
-  A +

“Biz həmişə öz oyunumuzu göstərmək istəyirik”. Qol.Az-ın məlumatına görə, bu sözləri yığma komandamızın və “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev söyləyib.
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah səfərdə Avstriya millisinin qonağı olacaq əsas komandamızın arxa xətt oyunçusu bu gün keçirilən mətbuat konfransında cinah müdafəçisi və ya dayaq yarımmüdafəçisi kimi oynayacağına dair suala belə cavab verib: “Mən həmişə müdafiənin cinahında çıxış edirəm. Lakin məşqçi özü hansı mövqedə desə, orada da oynayacağam. Bunun mənim üçün elə də ciddi fərqi yoxdur”.


Son xəbərlər