Samir Abasov: “İşimizin nəticəsini görmək istəyirik”

Samir Abasov: “İşimizin nəticəsini görmək istəyirik”
XƏBƏR 7 Oktyabr 2010 / 16:18 2087
-  A +

“Hər bir komandada uğursuz nəticələr ola bilər. Almaniya ilə oyunda biz məhz bu cür uğursuzluq yaşadıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri yığmamızın və Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Samir Abasov söyləyib.
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Avstriya ilə oyun ərəfəsində bu gün mətbuat konfransı keçirən futbolçu, nəhayət bu dəfə uğursuz seriyaya son qoymaq istədiklərini açıqlayıb: “Almaniya ilə oyunda biz nəyə qadir olduğumuzu göstərə bilmədik. Ancaq Avstriya ilə oyunda nəhayət işimizn nəticəsini görmək istəyirik”. (Azerisport.az)


Son xəbərlər