Rəşad Sadıqovun keçmiş məşqçisini söydü, həbs edildi

Rəşad Sadıqovun keçmiş məşqçisini söydü, həbs edildi
XƏBƏR 7 Oktyabr 2010 / 16:03 2105
-  A +

Rəşad Sadıqovun forma geydiyi “Eskişəhərspor” klubunun keçmiş baş məşqçisi Rza Çalımbayın komandadan uzaqlaşdırdığı Süleyman Yulanın həps edilməsinə qərar verilib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Çalımbayın məhkəməyə verdiyi Yula haqqında 2 ay yarımlıq həps qərarı çıxarılıb. Bir neçə ay bundan öncə mətbuata açıqlama verərkən onu təhqir etdiyini söyləyən Rza Çalımbay Yulanı komandanın düşərgəsindən kənarlaşdırmış və məsələ ilə bağlı məhkəməyə müraciət etmişdi. Bu gün baş tutmuş məhkəmədə Rza Çalımbayın və Yulanın vəkilləri iştirak ediblər. Məhkəmə Süleyman Yula haqqında 2 ay yarımlıq həps qərarı çıxarıb. Daha sonra mətbuata yazılı şəkildə açıqlama verən Rza Çalımbayın vəkili bu qərarın yerində olduğunu bildirb: “Bu qərar idmanın etik normaları baxımından başlanğıc rolunu oynayır. İndi verilmiş bu qərar gələcəkdə baş verəcək bənzər hadisələr zamanı da örnək olacaq”.


Son xəbərlər