De Yonq Hollandiya yığmasından qovuldu

De Yonq Hollandiya yığmasından qovuldu
XƏBƏR 7 Oktyabr 2010 / 15:14 1970
-  A +

“Mançester Siti”nin “Nyukasl”la oyununda rəqib futbolçu Hətəm Ben Arfanın ayağını qıran Naycel de Yonq Hollandiya yığmasından qovulub. Lent.az-ın məlumatına görə, millinin baş məşqçisi həmyerlisinin bu hərəkətini kəskin tənqid edib və onu cəzalandırmaq qərarına gəlib: “Naycel həmin gün lazımsız və vəhşicəsinə bir hərəkət etdi. Məncə, onunla bağlı ən düzgün qərarı vermişəm”.
Qeyd edək ki, De Yonqun “qurban”ına çevrilən Ben Arfa Fransa yığmasının da üzvüdür. O, ən azı 6 ay meydana çıxa bilməyəcək.


Son xəbərlər